U-20 millimiz İraq yığması ilə iki yoldaşlıq oyunu keçirəcək

Arxiv fotosu; U-20-nin Moldova ilə oyunöncəsi məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsi çərçivəsində İraq yığması ilə iki yoldaşlıq oyunu oynayacaq.

Noyabrın 16-dan etibarən hazırlığı Bakıda davam etdirəcək komandaların ilk görüşü noyabrın 17-də saat 19:00-da Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq.

İkinci matç noyabrın 20-də saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

İlk oyun “CBC Sport” telekanalında, ikinci qarşılaşma isə kanalın YouTube platformasında canlı yayımlanacaq.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6