Toral Bayramovun “Bursaspor”dakı gələcəyi ilə bağlı agenti açıqlama verib

Arxiv fotosu; Toral Bayramov
Arxiv fotosu

Toral Bayramovun “Bursaspor”dakı çıxışı gözlənilən səviyyədə deyil. Futbolçu komandaya fayda verməkdə çətinlik çəkir və “Antalyaspor”la matçdakı avtoqolundan sonra azarkeşlərin tənqidi ilə üzləşib.

Futbolçunun Polşanın “Rakuv” klubuna icarəyə keçə biləcəyi barədə iddialar səslənir. Buna baxmayaraq, 25 yaşlı oyunçunun “Bursaspor”la 3 illik müqaviləsi mövcuddur.

Menecer Tural Əsgərov bildirib ki, futbolçu milli komandanın oyunlarından sonra klubun düşərgəsinə qayıdacaq. Agentin sözlərinə görə, Bayramov hazırda bütün diqqətini “Bursaspor”un məşqlərinə və oyunlarına yönəldib.

Tural Əsgərov futbolçunun potensialına inandığını və onun daha yaxşı çıxış edə biləcəyini qeyd edib. Agent gələcəklə bağlı qərarın zamanla bəlli olacağını vurğulayıb.

Toral Bayramov cari mövsümdə “Bursaspor”un heyətində meydana çıxdığı 11 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6