Lorenzo Mezzotero İtaliya klubunun diqqət mərkəzindədir

Arxiv fotosu; Lorenzo Mezzotero
Arxiv fotosu

Azərbaycan milli komandasının üzvü Lorenzo Mezzotero Avropanın tanınmış klublarının maraq dairəsində qalmaqdadır. İtaliyanın “Montsa” klubu “Sampdoriya”da çıxış edən 18 yaşlı hücumçunun oyununu yaxından izləyir.

“Montsa”nın skautu noyabrın 8-də keçirilən “Karrareze” – “Sampdoriya” matçını tribunadan izləyərək 2008-ci il təvəllüdlü forvardın performansını dəyərləndirib.

Hazırda proses yalnız skautinq mərhələsindədir və tərəflər arasında hələlik rəsmi transfer danışıqları başlamayıb.

Mezzotero daha əvvəl “Yuventus”, “Borussiya Dortmund” və “Brügge” kimi klubların da transfer radarında yer alıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6