Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununu idarə edəcək

Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununu idarə edəcək

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan – Slovakiya matçına baş hakim təyin olunub.

Görüşdə Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək, dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

VAR hakimi qismində avstriyalı Alan Kiyas, onun köməkçisi qismində isə Nicat İsmayıllı çalışacaq.

Noyabrın 16-da Astanadakı “Astana Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6