“Qarabağ” 15 mövsümdən sonra antirekordla üzləşib

Arxiv fotosu; Respublika stadionunda 5 qol
Qarabağ FK · Arxiv fotosu

“Qarabağ” Misli Premyer Liqasında qolsuz oyunlar seriyasını üç matça çatdırıb. Ağdam təmsilçisi “Sabah” və “Qəbələ” ilə heç-heçə etdikdən sonra XI turda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda son 15 mövsümdə ilk dəfədir ki, ardıcıl üç oyunda rəqib qapısına yol tapa bilmir. Oxşar vəziyyət sonuncu dəfə 2011/12 mövsümündə qeydə alınıb.

Azərbaycan çempionatlarında “Qarabağ”ın ən uzun qolsuz seriyası dörd matçdan ibarətdir. Əgər komanda növbəti görüşdə də qol vura bilməsə, bu antirekordu təkrarlayacaq.

Bundan əlavə, “Qarabağ” artıq dörd oyundur ki, qələbə qazana bilmir. Komanda sonuncu dəfə belə bir uğursuz seriya ilə 2015/16 mövsümündə üzləşmişdi.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6