Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı olub

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
AFFA

Prezident İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadiondakı şərait barədə məlumat verib.

1956-cı ildə istifadəyə verilən stadion 2023-cü ildə Xankəndi şəhəri erməni işğalından azad edildikdən sonra yenidən qurulub. İdman obyekti UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılıb.

Ərazisi 3,39 hektara çatdırılan stadion 8554 tamaşaçı tutumuna malikdir. Meydançada süni ot örtüyü döşənib və ətrafında atletika zonası yaradılıb. Stadionda həmçinin müxtəlif təyinatlı otaqlar, konfrans zalı və tibb məntəqəsi fəaliyyət göstərir.

Layihənin icrası işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun inkişafı və gənc nəslin sağlam yetişməsi üçün mühüm addım kimi qiymətləndirilir.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6