Əli Xəlilovun Azərbaycanın U-21 millisinə çağırılması Ukraynada müzakirələrə səbəb olub

“Aleksandriya” klubunun futbolçusu Əli Xəlilovun Azərbaycanın U-21 yığmasında çıxış etməsi Ukrayna mətbuatında səs-küy yaradıb. 19 yaşlı vinger Omanın U-21 komandasına qarşı keçirilən yoldaşlıq görüşündə bir qola imza atıb.

İdman hüquqşünası İlya Skoropaşkinin sözlərinə görə, futbolçunun xarici milliyə çağırılması Ukrayna Futbol Assosiasiyasına kompensasiya almaq hüququ vermir. FIFA reqlamentinə əsasən, yetişdirmə və solidar ödənişlər assosiasiyalara deyil, birbaşa futbolçunu hazırlayan klublara ödənilir.

Hüquqşünas qeyd edib ki, yalnız futbolçunu yetişdirən klub fəaliyyətini dayandırdıqda kompensasiyanı UAF əldə edə bilər. O, digər idman növlərində kompensasiya mexanizmlərinin futboldakı kimi mərkəzləşdirilmiş sistemə malik olmadığını bildirib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6