Filipe Kandido və Ervin Perkon “Sumqayıt” – “İmişli” matçını dəyərləndirib

Arxiv fotosu; Filipe Kandido
PFL · Arxiv fotosu

Azərbaycan Premyer Liqasının 11-ci turunda “Sumqayıt” və “İmişli” komandaları Yevlaxda qarşılaşıb və oyun qolsuz heç-heçə ilə başa çatıb.

“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido rəqibdən daha yaxşı oynadıqlarını, lakin qələbə üçün bunun kifayət etmədiyini bildirib. O, qapını toxunulmaz saxladıqları üçün məmnunluğunu ifadə edib və hücumçuların zədəli olmasının çətinlik yaratdığını qeyd edib.

“İmişli”nin baş məşqçisi Ervin Perkon isə oyunun bərabər səviyyədə keçdiyini və heç-heçənin ədalətli nəticə olduğunu vurğulayıb. O, matçın planlaşdırdıqları kimi alınmadığını, lakin futbolçuların performansından razı qaldığını bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6