Misli Premyer Liqasının 11-ci turunda ən çox izlənilən oyun “Neftçi” - “Kəpəz” matçı olub

Arxiv fotosu; “Zəfər turu”nda qələbə qazandıq
Neftçi PFK · Arxiv fotosu

Misli Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən altı qarşılaşmanı stadionlardan ümumilikdə 6598 azarkeş izləyib.

Turun ən çox izlənilən oyunu 3275 tamaşaçının qatıldığı “Neftçi” - “Kəpəz” qarşılaşması olub.

Digər oyunlarda tamaşaçı sayı belə olub: “Qarabağ” - “Turan Tovuz” matçında 1536, “Sabah” - “Şamaxı” görüşündə 937, “Zirə” - “Qəbələ” oyununda 550, “İmişli” - “Sumqayıt” qarşılaşmasında 200, “Şəfa” - “Araz-Naxçıvan” matçında isə 100 nəfər.

Çempionatda 12-ci tura noyabrın 20-də start veriləcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6