Şəhid anası Qubada futbol klubu təsis edib

Şəhid anası Qubada futbol klubu təsis edib

Vətən müharibəsi şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova Qubada “Vətən Naminə” adlı futbol klubu yaradıb. Bu barədə Şimal Regional Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Akif Əliyev məlumat verib.

Klub AFFA Region Liqasının Şimal zonası B qrupunda mübarizəyə başlayıb. Baş məşqçisi Kamran Nurəhmədov olan komanda ev oyunlarını Qusarın Şirvanlı kəndində keçirəcək.

Tünzalə Abduləlimova həm də “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir. Onun oğlu Miqdad Abduləlimov 2020-ci il sentyabrın 28-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub və ölümündən sonra bir sıra orden və medallarla təltif edilib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6