APL Fantasy-də oktyabr ayı və 10-cu turun qalibləri müəyyənləşib

Azərbaycan Premyer Liqasının 2026/27 mövsümü üzrə APL Fantasy-də oktyabr ayının və 10-cu turun qalibləri bəlli olub. Mahir Məmmədli 213 xalla ayın, Orxan Hüseynov isə 62 xalla 10-cu turun qalibi seçilib.

Mahir Məmmədli AFFA və “Euroacs” şirkətinin təqdim etdiyi hədiyyə ilə mükafatlandırılıb, Orxan Hüseynovun isə yaxın gələcəkdə mükafatlandırılması nəzərdə tutulur.

Hazırda 19 000-dən çox istifadəçisi olan platformada mövsüm ərzində 33 turun hər birinin qalibləri mükafatlandırılacaq. Mövsümün sonunda isə qaliblərdən biri Azərbaycan milli komandasının rəsmi səfər oyunlarından birinə iki nəfərlik səfər qazanacaq.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6