Füzuli Məmmədov “İmişli”yə keçmək üçün müraciət edib

Füzuli Məmmədov “İmişli”yə keçmək üçün müraciət edib

“Şahdağ Qusar”ın baş məşqçisi Füzuli Məmmədov “İmişli” klubunun prezidenti Kamran Eyyubovla əlaqə saxlayaraq öz namizədliyini irəli sürüb. “İmişli” rəhbərliyi isə hələlik bu təklifə müsbət cavab verməyib və məşqçiyə qış fasiləsinə qədər gözləməyi tapşırıb.

“İmişli” hazırda komandanı çalışdıran Ervins Perkonsun taleyinə dekabrın ikinci yarısında qərar verəcək. Latviyalı mütəxəssisin gələcəyi komandanın qarşıdakı oyunlarda toplayacağı xallardan asılıdır.

Füzuli Məmmədovun hazırda rəhbərlik etdiyi “Şahdağ Qusar” I Liqada liderdir. Məşqçinin komanda çempionluq uğrunda mübarizə apardığı bir vaxtda başqa kluba müraciət etməsi onun peşəkar yanaşması ilə bağlı suallar yaradır.

Məmmədovun karyerasında oxşar hallar daha əvvəl də qeydə alınıb. O, “Difai”də çalışdığı dövrdə rəhbərliyin xəbəri olmadan “Mingəçevir”lə danışıqlar apararaq müqavilə bağlayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6