Rüfət Dadaşov “Dinamo”nun qələbəsində qol ilə yadda qaldı

Dadaşov qol vurdu, komandası qalib gəldi

Almaniya Şimal-Şərq Regionalliqasının 15-ci turunda “Dinamo” (Berlin) öz meydanında “Ayntraxt 1949” (Frankfurt) komandasını 2:0 hesabı ilə məğlub edib.

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov matça start heyətində başlayıb və 25-ci dəqiqədə hesabı açıb. Futbolçu 66-cı dəqiqədə əvəzlənib.

Qələbədən sonra xallarının sayını 29-a çatdıran “Dinamo” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6