Toral Bayramov: “Sabah əlimizdən gələni edəcəyik”

Toral Bayramov: “Sabah əlimizdən gələni edəcəyik”

Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramov UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteynlə keçiriləcək səfər oyunu öncəsi mətbuat konfransında iştirak edib.

Toral Bayramov bildirib ki, komanda Bakıdakı 0:0 hesablı heç-heçədən sonra bu dəfə qələbə qazanmağı hədəfləyir. Futbolçu komandanın oyuna yüksək səviyyədə hazırlaşdığını və qələbə ilə xalqı sevindirmək istədiklərini qeyd edib.

Müdafiəçi komandanın qarşıdakı matçın məsuliyyətini dərk etdiyini və psixoloji cəhətdən hazır olduğunu vurğulayıb. O, Bakıdakı oyunda buraxılan səhvlərin təkrarlanmayacağına və yaradılan epizodlardan maksimum istifadə edəcəklərinə ümid etdiyini bildirib.

Milli komandada oynadığı mövqe ilə bağlı sualı cavablandıran Bayramov, əsas olanın komandada çıxış etmək olduğunu deyib. O, baş məşqçinin tapşırığına uyğun olaraq istənilən mövqedə əlindən gələni etməyə hazır olduğunu bildirib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6