Eynur Bağırzadə İspaniyanın “Real Mursiya” klubu ilə müqavilə imzalayıb

İdman xəbərləri

17 yaşlı azərbaycanlı cinah yarımmüdafiəçisi Eynur Bağırzadə İspaniyanın “Real Mursiya” klubu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. Futbolçu daha əvvəl “Qarabağ”ın akademiyasında və “Vətən” Futbol Məktəbində çıxış edib.

Eynur Bağırzadə 2023-cü ildə Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) vasitəsilə İspaniyanın “Marcet” akademiyasına yollanıb. O, “Real Mursiya”ya keçidindən əvvəl bu akademiyanın üzvü olub.

Eynur Bağırzadə “Real Mursiya”da bu ilin iyun ayında həmin kluba transfer olunan digər azərbaycanlı futbolçu Səid Aslanovla komanda yoldaşı olacaq. “Real Mursiya” İspaniya futbol sistemində “Primera Federacion” liqasında mübarizə aparır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6