Fabio Kannavaro Özbəkistan yığmasında Umarali Raxmonaliyevə yenə şans vermədi

Fabio Kannavaro Özbəkistan yığmasında Umarali Raxmonaliyevə yenə şans vermədi

Özbəkistan yığmasının baş məşqçisi Fabio Kannavaro Rusiya ilə yoldaşlıq oyununda “Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevə yalnız 90-cı dəqiqədə meydanda yer verib.

Daşkənddə keçirilən görüşdə Özbəkistan 70-ci dəqiqəyə qədər 2:0 hesabı ilə öndə olsa da, rəqib Nikolay Komliçenkonun dublu və Aleksey Mirançukun qolu ilə hesabı 3:2-yə çatdıraraq qələbə qazanıb.

İtaliyalı mütəxəssis daha əvvəl Raxmonaliyevi dünya çempionatının heyətindən kənarlaşdırmışdı.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6