“Sabah” və “Barselona” matçı üçün bilet almaq istəyənlər dələduzların hədəfinə çevrilib

Arxiv fotosu; “Sabah”da yeni futbolçu – Xoş gəldin, Du Keyros!
Sabah FK · Arxiv fotosu

Noyabrın 25-də keçiriləcək “Sabah” - “Barselona” Çempionlar Liqası oyunu üçün biletlərin rəsmi satışı yalnız “iTicket” platformasının mobil tətbiqi və iticket.az saytı vasitəsilə həyata keçirilir. Biletlərə olan yüksək maraqdan istifadə edən dələduzlar, “iTicket”in rəsmi saytının dizaynını və adını təqlid edən saxta internet səhifələri yaradaraq sosial şəbəkələrdə reklam edirlər.

Dələduzluğun qurbanlarından biri iki bileti 220 manata almaq istəyən sosial şəbəkə istifadəçisi olub. O, saxta saytda kart məlumatlarını daxil etdikdən sonra hesabından pulun çıxıldığını bildirib və digər azarkeşləri ehtiyatlı olmağa çağırıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6