“Sabah”ın milli komandaların fasiləsi dövründəki planları açıqlanıb

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı “Sabah” klubunun fəaliyyət planı bəlli olub. Klubun sözçüsü Elnur Həmidovun verdiyi məlumata görə, komanda 4 günlük istirahətə buraxılıb və noyabrın 10-da yenidən bir araya gələcək.

Klubun heyətində yer alan 10 futbolçu müxtəlif milli komandalara dəvət alıb. Həmin oyunçular yığmaların heyətindəki matçlar başa çatdıqdan sonra klubun məşqlərinə qoşulacaqlar.

Fasilədən sonra “Sabah” Misli Premyer Liqasındakı növbəti oyununu noyabrın 20-də səfərdə “Sumqayıt”a qarşı keçirəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6