Cəlal Hüseynovun komandası səfərdə qələbə qazanıb

Arxiv fotosu; Cəlal Hüseynov
Arxiv fotosu

Rumıniya Superliqasının 16-cı turunda “Petrolul” səfərdə “Dinamo Buxarest” ilə qarşılaşıb.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən qolu 45+12-ci dəqiqədə Dan N'Lundulu vurub.

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 89-cu dəqiqədə meydana daxil olub.

Bu qələbədən sonra xallarını 30-a çatdıran “Petrolul” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Dinamo Buxarest” isə 33 xalla ikinci yerdədir.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6