Alen Şkribek Macarıstan millisinə dəvət almaması ilə bağlı danışıb

Arxiv fotosu; Alen Şkribek
Neftçi PFK · Arxiv fotosu

“Qarabağ”ın futbolçusu Bense Varkonyi Macarıstan millisinə mütəmadi dəvət alsa da, “Neftçi”də çıxış edən Alen Şkribek yığmadan kənarda qalır.

Alen Şkribek daha əvvəl Macarıstanın müxtəlif yaş qrupları üzrə yığmalarında 21 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Neftçi”nin heyətində 11 matçda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olan 25 yaşlı futbolçu milli komanda mövzusuna ciddi önəm vermədiyini bildirib.

Şkribek dəvət almadığı üçün narahat olmadığını, bütün diqqətini karyerasına və klubuna yönəltdiyini qeyd edib. O, dəvət alacağı təqdirdə məmnuniyyətlə yığmada oynayacağını, lakin dəvət gəlməyəcəyi halda da heç nəyin dəyişməyəcəyini vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6