“MARSOL Minifutbol Turniri VI”də 32 komanda mübarizə aparacaq

“MARSOL Minifutbol Turniri VI”də 32 komanda mübarizə aparacaq

Azərbaycan Minifutbol Federasiyası, MARSOL Sports və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının tərəfdaşlığı, QOLAT Sport Services-in təşkilatçılığı ilə “MARSOL Minifutbol Turniri 2026”nın açılış və püşkatma mərasimi keçirilib. Altıncı mövsümünü yaşayan turnirdə 32 şirkət komandası çempionluq uğrunda yarışacaq.

QOLAT Sport Services-in təsisçisi Səid Bağırovun məlumatına görə, çempionatın oyunlarına 29 noyabr 2026-cı il tarixində start veriləcək. Turnirdə əvvəlki mövsümlərdən təcrübəsi olan kollektivlərlə yanaşı, ilk dəfə qatılan komandalar da yer alıb.

Turnirin sonunda ilk üç yeri tutan komandalar mükafatlandırılacaq. Qalib komanda 10 000 AZN pul mükafatı, kubok, medal və sertifikatla təltif olunacaq, ikinci və üçüncü yerin sahiblərinə isə müvafiq olaraq qonaqlama və qiymətli hədiyyələr veriləcək. Həmçinin, ən yaxşı oyunçu, qapıçı və bombardir üçün xüsusi mükafatlar nəzərdə tutulub.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6