Marko Yankoviç Monteneqro millisinin qələbəsində pay sahibi olub

Arxiv fotosu; “Qarabağ”dan səfər qələbəsi
Qarabağ FK · Arxiv fotosu

Qarabağ klubunun futbolçusu Marko Yankoviç UEFA Millətlər Liqasının C Divizionunda Monteneqro milli komandasının heyətində Latviya ilə oyuna çıxıb.

Podqoritsada keçirilən və 2:1 hesabı ilə başa çatan qarşılaşmada 90 dəqiqə meydanda olan Yankoviç ilk qolun ötürməsini edib.

Yarımmüdafiəçi 7,8 balla görüşün ən yaxşı oyunçusu seçilib, Mirko Vuçiniçin rəhbərlik etdiyi Monteneqro isə 13 xalla qrupda liderliyini davam etdirir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6