Nəriman Axundzadə “Erzurumspor”un “Göztepe” ilə oyununda ehtiyatda qalıb

Arxiv fotosu; Nəriman Axundzadə
Arxiv fotosu

Türkiyə Superliqasının 12-ci turunda “Erzurumspor” doğma meydanda “Göztepe” ilə qarşılaşıb.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qolunu 70-ci dəqiqədə Efkan Bekiroğlu vurub.

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə oyuna ehtiyat oyunçular skamyasında başlayıb və meydana daxil olmayıb.

Bu nəticədən sonra 14 xalı qalan “Erzurumspor” turnir cədvəlində 13-cü pilləyə geriləyib. “Göztepe” isə 18 xalla 8-ci sırada qərarlaşıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6