Fərid Qayıbov Xankəndi stadionunun beynəlxalq standartlara uyğun olduğunu bildirib

Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi şəhər stadionunda keçirilən “Xankəndi” - “Karvan-Yevlax” matçı ilə bağlı müsahibə verib. Nazir stadionun yenidən qurulduğunu və beynəlxalq standartlara uyğun şəraitin yaradıldığını qeyd edib.

Fərid Qayıbov stadionun UEFA kateqoriyası alması üçün gözləntilərin olduğunu bildirib. Onun sözlərinə görə, bu proses AFFA-dan asılıdır və UEFA-nın müvafiq qiymətləndirməsindən sonra burada milli komandaların, o cümlədən A milli komandanın və avrokubok matçlarının keçirilməsi mümkündür.

Nazir aşağı yaş qruplarından ibarət yığmaların Xankəndidə yoxlama oyunu və ya təlim-məşq toplanışı keçirməsi ilə bağlı hazırda məlumatının olmadığını açıqlayıb.

Qayıbov həmçinin MOİK-in növbəti ildən oyunlarını Xankəndidə keçirəcəyini qeyd edib. O, uşaq futbolunun inkişafı ilə bağlı dövlət dəstəyinin və klub akademiyalarının fəaliyyətinin davam etdiyini vurğulayıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6