Polşa mətbuatı Taofik İsmailin "Qarabağ"dakı çıxışını dəyərləndirib

Polşa mətbuatı “Qarabağ”ın nigeriyalı yarımmüdafiəçisi Taofik İsmailin cari mövsümdəki oyununu təhlil edib.

“Meczyki” nəşri 26 yaşlı futbolçunun “Qurnik”dən ayrıldıqdan sonra çətinliklərlə üzləşdiyini bildirib.

Ağdam təmsilçisinin transferi üçün təxminən 1 milyon avro ödədiyi İsmail cari mövsümdə cəmi beş matçda iştirak edib. Futbolçu son altı görüşdə isə cəmi beş dəqiqə meydanda olub.

Nəşr “Qurnik”in vingeri 350 min avroya alıb “Qarabağ”a 1 milyon avroya satmasını uğurlu sövdələşmə kimi qiymətləndirib.

“Qarabağ” avqustun sonunda Taofik İsmail ilə 3 illik müqavilə imzalayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6