“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında “Dinamo”ya məğlub olub

Kontekst fotosu: Qarabağın stadionu; U-19 komandasının bu oyununun fotosu deyil.
Qarabağ FK · Kontekst fotosu

“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb. Turnirin II təsnifat mərhələsi çərçivəsində keçirilən ilk oyunda komanda “Azərsun Arena”da Zaqreb “Dinamo”sunu qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab qarşılaşması noyabrın 4-də baş tutacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6