Cenk Sümer: “Neftçi” boş tribunalar önündə oynamağı haqq etmir

Arxiv fotosu; Emil Səfərov, Cenk Sümər
Neftçi PFK · Arxiv fotosu

“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer komandanın “Kəpəz” üzərindəki 1:0 hesablı qələbəsindən razı qaldıqlarını bildirib. O, komandanın göstərdiyi oyunu və texniki heyətin fəaliyyətini müsbət qiymətləndirib.

Sümer qış transfer pəncərəsi ilə bağlı hələlik konkret qərarın olmadığını, lakin skaut departamentinin daim axtarışda olduğunu qeyd edib. O, transferlərin büdcəyə və baş məşqçinin tələblərinə uyğun həyata keçiriləcəyini vurğulayıb.

Klub rəsmisi Breno Almeyda üçün Kiprdən rəsmi təklif aldıqlarını təsdiqləyib, lakin futbolçunun oraya getməyəcəyini bildirib. O, komandanın əsas hədəfinin mövsüm sonunda çempionluq və kuboklar olduğunu qeyd edib.

Cenk Sümer “Neftçi”nin lider olmasına baxmayaraq tribunaların dolmamasını klubun “ən böyük yarası” adlandırıb. O, azarkeşləri stadiona dəstək olmağa çağıraraq, komandanın boş tribunalar önündə oynamağı haqq etmədiyini bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6