“Barselona”nın Bakı səfəri klub tarixinin ən uzun səfəri olacaq

Arxiv fotosu; “Sabah”dan Çempionlar Liqasında tarixi qələbə!
Sabah FK · Arxiv fotosu

“Barselona”nın UEFA Çempionlar Liqasının 5-ci turunda “Sabah”la Bakıda keçirəcəyi oyun Kataloniya klubunun tarixinə düşəcək. Noyabrın 25-də baş tutacaq görüş üçün İspaniya təmsilçisi 3970 kilometr məsafə qət edəcək.

Bu səfər “Barselona”nın avrokuboklar tarixində ən uzaq səfəri kimi qeydə alınacaq. İndiyədək rekord 3725 kilometr məsafə ilə Rusiyanın Kazan şəhərinə məxsus idi.

Kataloniya klubunun ən uzaq səfərləri siyahısında üçüncü yeri 3114 kilometr məsafə ilə İsrailin Beer-Şeva şəhəri, dördüncü yeri isə 3016 kilometr məsafə ilə Moskva tutur.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6