“Neftçi”nin aşağı yaş qrupları üçün antidopinq seminarı keçirilib

Arxiv fotosu; “Neftçi”də ikitərəfli oyun
Neftçi PFK · Arxiv fotosu

“Neftçi”nin U-19, U-17, U-16 və U-15 komandalarının məşqçi və futbolçu heyəti üçün “Palms Sports” Futbol Mərkəzində seminar təşkil olunub.

Azərbaycan Milli Antidopinq Agentliyinin mütəxəssisi Qüdrət Səfərov iştirakçılara antidopinq qaydaları, onların tətbiqi və idmançıların məsuliyyəti barədə məlumat verib.

Tədbirdə antidopinq tələblərinə əməl olunmasının peşəkar idmanın əsas prinsiplərindən olduğu vurğulanıb və gənc futbolçuların bu sahədə maarifləndirilməsinin vacibliyi qeyd edilib.

Seminarın məqsədi akademiya üzvlərinin antidopinq sahəsində məlumatlılığını artırmaq və məsuliyyətli idman davranışını təşviq etmək olub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6