“Qarabağ”da islahatlar gözlənilir, “Səbail”də isə maliyyə problemləri davam edir

Arxiv fotosu; Elvin Cəfərquliyev
Qarabağ FK · Arxiv fotosu

“Qarabağ” qış transfer pəncərəsində heyətində dəyişikliklər etməyi planlaşdırır. Baş məşqçi Qurban Qurbanovun etimadını doğrultmayan 3-4 legionerin dekabr-yanvar aylarında komandadan ayrılması gözlənilir və Premyer Liqanın növbəti turlarında qeydə alınacaq nəticələrdən asılı olaraq bu siyahının genişlənməsi istisna edilmir.

Azərbaycanlı futbolçular İlyas Səmədzadə, Raul Əsgərov və Şahin Qasımzadə İspaniyanın “Kádiz” klubunun akademiyasında qiymətləndirmə proqramına qatılıblar. Noyabrın 20-dək davam edəcək proqram çərçivəsində gənc oyunçular məşq proseslərində iştirak edəcəklər.

“Səbail” klubunda maliyyə vəziyyəti pisləşməkdə davam edir. Klub prezidenti Mirzə Bayrampurun 2 aydan artıqdır maaş almayan legionerlərə verdiyi vədləri yerinə yetirmədiyi və onlara yalnız 200 manat ödəməklə məsələni yola verməyə çalışdığı bildirilir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6