AFFA “Rekord Arena”da uşaq futbolu yarışlarının keçirilməsini qadağan edir

AFFA "Rekord Arena"da uşaq futbolu yarışlarının keçirilməsini qadağan edir

AFFA-nın baş katibi Cahangir Fərəcullayev U-15 liqasının oyunlarının “Rekord Arena”da keçirilməsi və meydançanın bərbad durumu ilə bağlı yayılan görüntülərə münasibət bildirib. Qurum rəsmisi bu problemlərin həll olunacağını və sözügedən stadion tipli meydanlarda yarışların keçirilməsinə artıq icazə verilməyəcəyini açıqlayıb.

Cahangir Fərəcullayevin sözlərinə görə, Hövsan Yarış Kompleksi ilə AFFA arasında qalan texniki məsələlər yanvar ayına qədər aradan qaldırılacaq. Bu kompleksin istifadəyə verilməsi ilə uşaq futbolu yarışlarının keçirilməsi ilə bağlı problemlərin köklü şəkildə həll olunması nəzərdə tutulur.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6