“Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarılıb

Arxiv fotosu; Doğma meydanda böyükhesablı qələbə!
Neftçi PFK · Arxiv fotosu

Misli Premyer Liqasının 11-ci turu çərçivəsində noyabrın 6-sı saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” matçının biletləri mərhələli şəkildə satışa çıxarılıb. Biletləri “Neftçi”nin mobil tətbiqindən və rəsmi onlayn satış saytından əldə etmək mümkündür. Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.

İlkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları üçün biletlər satışa açılıb. “Qərb 2” sektoru üçün biletlər 2 AZN, “Banişevski alt” sektoru üçün 3 AZN, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları üçün isə 15 AZN təşkil edir. Digər sektorların biletləri barədə əlavə məlumat veriləcək.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6