Ramiz Məmmədov: “Əlavə transferə ehtiyac görmürük”

Azərbaycan I Liqasının VII turunda “Xankəndi”ni 2:0 hesabı ilə məğlub edən “Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında çıxış edib.

Ramiz Məmmədov Xankəndidə futbolun bərpasını Azərbaycan futbolu üçün böyük uğur adlandırıb və futbolçularının tapşırıqları layiqincə yerinə yetirdiyini bildirib.

Baş məşqçi meydançanın süni örtüyü və yüksəklikdə yerləşməsi səbəbindən oyunçuların nəfəs almaqda çətinlik çəkdiyini qeyd edib və digər rəqiblər üçün də burada oynamağın çətin olacağını proqnozlaşdırıb.

Premyer Liqaya yüksəlmək hədəfi ilə bağlı danışan Məmmədov, klub rəhbərliyinin dəstəyini vurğulayaraq, hazırkı heyətdən razı olduqlarını və əlavə transferə ehtiyac görmədiklərini bildirib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6