Lorenso Mezzotero “Sampdoriya”da ikinci qolunu vurub

Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero “Sampdoriya”nın heyətində növbəti qoluna imza atıb.

İtaliya B seriyasının 12-ci turunda “Benevento” ilə keçirilən və 3:1 hesablı qələbə ilə başa çatan oyunda Mezzotero rəqib qapısına yol tapıb.

Start heyətində meydana çıxan 18 yaşlı futbolçu 34-cü dəqiqədə Lorenzo İnsinyenin ötürməsini qola çevirərək hesabı 3:1 edib və 59-cu dəqiqədə əvəzlənib.

Bu qol Mezzoteronun “Sampdoriya”nın əsas komandasında vurduğu ikinci qol olub.

Hazırda 14 xalı olan “Sampdoriya” turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6