Futbolun İnkişaf Fondu 10 illik fəaliyyətini dəyərləndirib

“Bəzi klubları, ümumiyyətlə, dağılmaq və fəaliyyətini dayandırmaq təhlükəsindən xilas etmişik” - FİF 10 yaşını qeyd etdi və hesabat verdi

Futbolun İnkişaf Fondu (FİF) bölgələrdə futbolun təbliği və maliyyə çətinliyi çəkən klublara dəstək məqsədilə yaradılmasının 10 illiyini qeyd edib. Qurum 2016-cı ilin oktyabrında dövlət qeydiyyatına alınıb, 2022-ci ildə isə fəaliyyət istiqamətləri genişləndirilib.

FİF-in icraçı direktoru Tural Piriyevin sözlərinə görə, fond son 10 ilin təxminən 5 ilində aktiv fəaliyyət göstərib və klub futbolunun inkişafında əsas oyunçulardan birinə çevrilib. Piriyev bildirib ki, fond birbaşa dəstək göstərərək bəzi klubları dağılmaq və fəaliyyətini dayandırmaq təhlükəsindən xilas edib.

Tural Piriyev futbolun ölkədə ən çox sevilən idman növü olduğunu vurğulayıb. O, “Nielsen” şirkətinin 2017, 2019 və 2021-ci illərdə keçirdiyi sorğulara istinad edərək, futbolun digər idman növlərini, o cümlədən güləşi ciddi fərqlə qabaqladığını qeyd edib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6