Yeton Bekiri: “Bu gün qələbəyə layiq olan tərəf biz idik”

“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının 12-ci turunda “Şəfa” ilə matçdan sonra komandasının qələbəyə layiq olduğunu bildirib. Mütəxəssis “Zirə”yə məğlubiyyətdən sonra bu nəticənin vacib olduğunu qeyd edib.

Kərim Rossinin əsas heyətdə az yer almasına münasibət bildirən Bekiri, futbolçunun komandaya zədəli gəldiyini və yeni məşqlərə başladığını deyib. Baş məşqçi Rossinin növbəti oyunlarda daha çox şans qazanacağını vurğulayıb.

Səfərdə süni örtüklü meydançalarda oynamağın çətin olduğunu deyən Bekiri, bu vəziyyətin narahatlıq yaratdığını bildirib. O, gələcəkdə bütün meydançaların təbii örtüklü olması üçün federasiyanın qərar verməsini arzuladığını qeyd edib.

Komandanın az qol vurması ilə bağlı iradlara cavab verən baş məşqçi, oyun sistemini dəyişdikdən sonra qol sayının artmağa başladığını və zamanla daha yaxşı olacaqlarını bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6