Renat Dadaşovun komandası Ukrayna çempionatında qələbə qazanıb

Ukrayna Premyer Liqasının XIII turunda “Bukovina” səfərdə “Veres”i 3:1 hesabı ilə məğlub edib.

Meydan sahibləri 21-ci dəqiqədə German Penkovun avtoqolu ilə hesabı açsalar da, ikinci hissədə Vitali Qruşa, Yevgeni Pidlepenets və Danilo Kravçukun qolları “Bukovina”ya əzmkar qələbə qazandırıb.

Zədə səbəbindən son üç oyunu buraxan Renat Dadaşov bu görüşdə start heyətində yer alıb və 60-cı dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra xallarını 16-ya çatdıran “Bukovina” turnir cədvəlində 8-ci pilləyə yüksəlib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6