Azərbaycan 1-ci liqasında 8-ci tur başa çatıb

Azərbaycan 1-ci liqasında 8-ci tura yekun vurulub. Turun mərkəzi qarşılaşmasında lider “Şahdağ Qusar” və ən yaxın izləyicisi “Gəncəbasar” komandaları üz-üzə gəlib və oyun qolsuz bərabərliklə yekunlaşıb.

Digər matçda “Şimal” “Zaqatala”nı 4:1 hesabı ilə məğlub edib. Görüşdə “Şimal”ın qollarını N.Osmanov, M.Dadaşev (dubl) və L.Bamba vurub, “Zaqatala”nın heyətində isə S.Anadem fərqlənib. “Zaqatala”nın oyunçusu İ.Ramazanov 89-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Turun digər oyunlarında MOİK və “Səbail” qolsuz heç-heçə edib, “Mingəçevir” “Baku Sportinq”i 1:0 hesabı ilə üstələyib, “Karvan-Yevlax” isə “Xankəndi”ni 2:0 hesabı ilə məğlub edib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6