Elçin Məsiyev Avropa Liqasında baş hakim olacaq

Elçin Məsiyev Avropa Liqasına təyinat aldı

FİFA referisi Elçin Məsiyev UEFA tərəfindən Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Anderlext” - “Zaltsburq” oyununa baş hakim təyin edilib.

Belçikada baş tutacaq qarşılaşmada Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını isə Nicat İsmayıllı yerinə yetirəcək.

Noyabrın 5-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6