“Sabah” Futbol Akademiyasında maarifləndirici tədbir keçirilib

“Sabah” Futbol Akademiyasında maarifləndirici tədbir keçirilib

Noyabrın 6-da “Vətən” İdman Liseyində “Sabah” Futbol Akademiyasının 14–15 yaşlı futbolçuları üçün “Uşaq və gənclərin hüquq və maraqlarının müdafiəsi” mövzusunda interaktiv görüş təşkil olunub.

Hüquqşünas Əlibaba Əliyevin rəhbərlik etdiyi tədbirdə futbolçular oyunlar və “Arzu” kartları vasitəsilə öz hüquqları, qarşılıqlı hörmət və meydanda ədalətli davranış qaydalarını müzakirə ediblər.

Akademiyadan bildirilib ki, məqsəd gənclərin futbol bacarıqları ilə yanaşı, hüquqi biliklərini, məsuliyyət hissini və bir-birinə hörmət prinsiplərini inkişaf etdirməkdir.

Görüşün sonunda fəallıq göstərən üç iştirakçıya hədiyyələr verilib.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6