“Xankəndi” klubu Xankəndidə ilk ev oyununa çıxır

“Xankəndi” klubu Xankəndidə ilk ev oyununa çıxır

“Xankəndi” klubu I Liqada sabah Xankəndidə ilk ev oyununu “Karvan-Yevlax”a qarşı keçirəcək. Matç saat 16:00-da başlayacaq.

Baş məşqçi Röyal Nəcəfov bu qarşılaşmanın Azərbaycan futbolu üçün tarixi an olduğunu bildirib. O, komandanın matça yaxşı hazırlaşdığını və məsuliyyətin fərqində olduqlarını qeyd edib.

Röyal Nəcəfov doğma meydanda oynamağın nəticələrə müsbət təsir edəcəyinə ümid etdiyini vurğulayıb. Baş məşqçi heyətin daha yuxarı pillələr uğrunda mübarizə üçün yetərli olmadığını və bəzi mövqelərdə rəqabətin artırılması üçün transferlərə ehtiyac duyduqlarını bildirib.

“Xankəndi” I Liqada 7 turdan sonra 6 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6