Azərbaycanlı futbolçu Ukraynada ayın ən yaxşısı adına namizədlər sırasındadır

Azərbaycanlı futbolçu ayın ən yaxşısı adına namizədlər siyahısında! – siz də səs verə bilərsiz

Ukrayna Premyer-Liqası oktyabr ayının ən yaxşı futbolçusunu müəyyən etmək üçün sorğu keçirir. Namizədlər siyahısı UPL-TB ekspertləri, şərhçiləri və jurnalistlər tərəfindən tərtib edilib.

Namizədlər arasında “Xarkov” klubunun azərbaycanlı yarımmüdafiəçisi Ramiq Hacıyev də yer alıb. O, ötən ay göstərdiyi performansla bu siyahıya düşməyi bacarıb.

Ümumilikdə 8 futbolçunun mübarizə apardığı sorğuda azərbaycanlı azarkeşlər də UPL-in rəsmi saytı vasitəsilə səsvermədə iştirak edə bilərlər.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6