Əvəzedicilər Liqasında X turun oyun cədvəli bəlli oldu

Əvəzedicilər Liqasında X turun oyun cədvəli açıqlanıb. Görüşlər üç gün ərzində keçiriləcək.

Noyabrın 27-də “Araz-Naxçıvan-2” və “Zirə-2” komandaları Binə qəsəbə stadionunda qarşılaşacaq.

Noyabrın 28-də “Sumqayıt-2” “Şəfa-2”-ni, “Qəbələ-2” “Qarabağ-2”-ni, “Şamaxı-2” isə “Neftçi-2”-ni qəbul edəcək.

Turun son oyunları noyabrın 30-da “Turan Tovuz-2” – “Sabah-2” və “Kəpəz-2” – “İmişli-2” cütlükləri arasında baş tutacaq.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6