“Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Vikinq” Norveç çempionatında məğlub olub

“Sabah”la oyundan öncə məğlubiyyət

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”ın növbəti rəqibi olan “Vikinq” Norveç çempionatının 25-ci turunda səfərdə “Boqo Qlimt”lə qarşılaşıb. Görüş “Boqo Qlimt”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Boqo Qlimt” - “Vikinq” matçında qolları Falçener (4, avtoqol), Helmersen (15) və Hauje (43) meydan sahiblərinin, Haugen (32) və Botheim (39) isə qonaqların heyətində vurublar. Məğlubiyyətə baxmayaraq, “Vikinq” 59 xalla Norveç çempionatında liderliyini qoruyur.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Vikinq” - “Sabah” matçı noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə 00:00-da Stavangerdəki “Lyse Arena”da start götürəcək. Hazırda 3 turdan sonra “Sabah” 3 xalla 36 komanda arasında 25-ci, “Vikinq” isə 1 xalla 33-cü pillədə qərarlaşıb.

Məğlubiyyətə baxmayaraq, “Vikinq” hazırda 59 xalla “Bodo-Qlimt”lə birlikdə turnir cədvəlinin ilk iki pilləsini bölüşür.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6