AFFA-da U-17 və U-19 milli komandaları üçün maarifləndirici sessiya keçirilib

U-17 və U-19 millimizin üzvləri üçün təlim keçirilib
AFFA

6 noyabr 2026-cı il tarixində AFFA-nın Komplayns və Danışılmış Oyunlara Qarşı Mübarizə Şöbəsi tərəfindən 17 və 19 yaşadək futbolçulardan ibarət milli komandaların heyətləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda təlim keçirilib.

Şöbənin mütəxəssisi Murad Məmmədli sessiya zamanı danışılmış oyun anlayışı, bu halların futbolun nüfuzuna vurduğu zərər və oyun prosesində kənar təsirlərin qarşısının alınması barədə məlumat verib. İştirakçılara manipulyasiya üsulları, idman mərclərinin rolu və sosial media üzərindən edilən təhdidlər barədə praktiki izahlar təqdim olunub.

Təlimdə futbolçuların və məşqçilərin etik borcları, şübhəli təkliflərlə qarşılaşdıqda məlumat vermə zərurəti və məlumatın gizlədilməsinin nəticələri müzakirə edilib. AFFA-nın 2025-ci il İntizam Məcəlləsinə əsasən, danışılmış oyunlarda iştirak və ya məlumatın gizlədilməsi ağır intizam pozuntusu kimi qiymətləndirilib.

Tədbirin məqsədi futbol ictimaiyyətində şəffaflığı qorumaq, dürüstlük prinsiplərini təşviq etmək və iştirakçıların bu sahədə məlumatlılıq səviyyəsini artırmaqdır.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6