Əvəzedicilər Liqasında 8-ci turun nəticələri

İdman xəbərləri

Əvəzedicilər Liqasının 8-ci turunda “Qəbələ-2” öz meydanında “Sabah-2”ni 1:0 hesabı ilə məğlub edib. Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən görüşdə yeganə qolu 37-ci dəqiqədə Daniel Eşimoxay vurub. Bu qələbədən sonra 8 oyunda 22 xal toplayan “Qəbələ-2” turnir cədvəlində 1-ci pilləyə yüksəlib.

Turun digər matçında “Şamaxı-2” öz meydanında “Şəfa-2”yə 2:4 hesabı ilə uduzub. “Şamaxı-2”nin heyətində Fərid Quliyev (13) və İsmayıl Səməndərli (74) fərqlənib. “Şəfa-2”nin qollarını isə Murad Mustafayev (25), Natiq Ağamalıyev (89), Aslan Hüseynov (90+1) və Nicat Quliyev (90+2) vurub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6