Abbas Hüseynov futbol karyerasını bitirib qəssablıqla məşğul olur

Aprel ayında nizam-intizam qaydalarını pozduğuna görə əsas komandadan uzaqlaşdırılan Abbas Hüseynovun "Qarabağ"dakı 9 illik karyerası oktyabrın 28-də başa çatıb. Klub 31 yaşlı cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

2017-ci ildən “Qarabağ”da çıxış edən Hüseynov bu müddətdə 7 dəfə ölkə çempionu və 2 dəfə kubokun qalibi olub, həmçinin Çempionlar Liqasında 13 oyunda 1 qol vurub.

Sabiq futbolçu hazırda Bakının Nəsimi rayonunda, Qulu Quliyev küçəsində “Meatfood” adlı ət və ət məhsulları satışı mağazası açıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6