PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər

PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər

Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri Çexiyanın paytaxtı Praqada keçirilən Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər. 11-13 noyabr tarixlərini əhatə edən tədbir qurumun yaradılmasının 10 illik yubileyinə təsadüf edib.

Dünyanın müxtəlif qitələrindən 50-dən çox liqa təmsilçisinin qatıldığı konfransda Azərbaycanı PFL-in prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov təmsil edib. PFL nümayəndələri qəbul edilən qərarlarda tam hüquqlu üzv kimi iştirak ediblər.

Tədbir çərçivəsində futbolla bağlı mühüm məsələlər müzakirə olunub və İtaliya A Seriyasının icraçı direktoru Luici de Siervo növbəti 4 il üçün Dünya Liqaları Assosiasiyasının prezidenti seçilib.

PFL rəsmiləri konfrans zamanı müxtəlif liqaların nümayəndələri ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Sonda PFL adından Dünya Liqaları Assosiasiyasının baş katibi Jerom Perlemuterə xatirə hədiyyəsi təqdim olunub.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6