Azərbaycanın U-17 millisi Şimali İrlandiyaya məğlub olub

Azərbaycanın U-17 millisi Şimali İrlandiyaya məğlub olub

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə qarşılaşıb.

Görüş Şimali İrlandiyanın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Almaniyaya 0:7 hesabı ilə uduzan Azərbaycan millisinin turnirdəki ardıcıl ikinci məğlubiyyəti olub.

İki turdan sonra 6 xalı olan Almaniya qrupa liderlik edir. Litva və Şimali İrlandiyanın hərəyə 3 xalı var, xalsız Azərbaycan millisi isə sonuncu pillədə qərarlaşıb.

Azərbaycan yığması qrupdakı son oyununu noyabrın 17-də Litvaya qarşı keçirəcək.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6