Babək Quliyev UEFA-dan Türkiyədə keçiriləcək oyunlara təyinat alıb

Arxiv fotosu; Babək Quliyev
AFFA · Arxiv fotosu

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA tərəfindən Türkiyənin Trabzon şəhərində təşkil olunacaq 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyunlarına təyin edilib. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Quliyev 11-ci qrup çərçivəsində noyabrın 11-də Macarıstan - Şimali Makedoniya, noyabrın 14-də Şimali Makedoniya - San Marino və noyabrın 17-də San Marino - Macarıstan matçlarında hakim-inspektor və UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6